Местоположение: Bakı
Tələblər: Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas); Müvafiq sahədə 3 il iş təcrübəsi; 1C proqram biliyi arzuolunandır; İşində dəqiq və məsuliyyətli olmalıdır. Vəzifə funksiyaları: İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik; Aptekdə dərmanların iadəsinə nəzarət; Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik; Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək; Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq; Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət; Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması; Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət; Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək; Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək; Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək; Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq; Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək. İş şəraiti: İş qrafiki: 09:00 -18:00 Əmək haqqı: 800 - 850 AZN + Bonus sistemi mövcuddur. Əlavə suallar üçün 050-253-01-59, 050-253-01-52 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Aptek müdiri qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.