Местоположение: Bakı
Vəzifə öhdəlikləri Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur; Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir; Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir; Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təminedir; Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparır; Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq; Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək; İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq; Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq- hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək; Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək; Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edir;(ölkədaxili və ölkəxarici) Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir; Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır; Məxfilik prinsiplərini pozmamaq. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 5 günlük iş rejimi; Tələblər Azı 5 il özəl sahənin təcrübəsi olmalıdır; Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir; Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır; 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.); Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır; Excell proqramında yüksək səviyyədə işləmə bacarığı; Analitik düşüncə proqnoz etmə bacarıqları, Problemləri təhlil və həll etmə bacarığı katı (KOS və ya MHBS) Maraqlanan namizədlər, xahiş edirik vakansiyanın adını yazıb, CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yollayasınız. Müraciət maili info@alfa-audit.com