Elektrik Mühəndisi - Amper Elektrik

Местоположение: Bakı

Elektrik avadanlıqlarının satışı, layihələndirilməsi və quraşdırılması sahəsində fəaliyyət göstərən Amper MMC komandamıza qoşulacaq peşəkar Elektrik Mühəndisi axtarır. İş şəraiti İş yeri: Bakı, Azərbaycan İş rejimi: 6 günlük iş həftəsi Əməkhaqqı 2500 Azn Vəzifə öhdəlikləri Alçaq gərginlikli paylayıcı və idarəetmə panolarının layihələndirilməsi və yığılması prosesinə nəzarət etmək; AutoCAD proqramında birxətli sxemlərin, prinsipial elektrik sxemlərinin və pano daxili yerləşdirmə planlarının hazırlanması və oxunması; Yüksək gərginlikli sistemlər, yarımstansiyalar və kabel xətləri üzrə texniki təhlillərin aparılması; Layihələrin texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu təmin etmək; Elektrik avadanlıqlarının və materiallarının seçilməsi, spesifikasiya siyahılarının (BOM) hazırlanması; İstehsalat və sahədə yaranan texniki problemlərin operativ həllində iştirak etmək. Namizədə tələblər Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi; AutoCAD proqramında sərbəst işləmək bacarığı; Elektrik panolarının yığılması və iş prinsipləri üzrə dərin texniki biliklər; Yüksək gərginlik avadanlıqları, transformatorlar və mühafizə sistemləri haqqında biliklər; Texniki sənədlər və kataloqlarla işləmək bacarığı; Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. Təklif edirik Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Peşəkar və dinamik iş mühiti; Karyera inkişafı və peşəkar yüksəliş imkanı. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Elektrik Mühəndisi" qeyd etməklə  Müraciət et   düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.