Yüklənir...
Местоположение: Bakı
Namizədə olan tələblər: Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır); İnsan resursları sahəsində təcrübə minimum 5 il; AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli; İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı; İşə qəbul prosesinin əsas qaydalarını bilməli; Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür; Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli. Vəzifə öhdəlikləri: İnsan Resursları strategiyasının və planın hazırlanması və həyata keçirilməsində iştirak etmək; İnsan Resursları büdcəsinin hazırlanması və icrasına nəzarət etmək; İnsan Resursları standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s.) tərtibi və onun icrasına nəzarət etmək; İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili; Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili; Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi; Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi; İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi və s. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ İnsan resursları və inzibati işlər şöbəsinin müdiri ” qeyd etməklə [email protected] ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=2337&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.