Местоположение: Bakı
“Protokol işi üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edilir! Vəzifə öhdəlikləri: Rəsmi tədbirlərdə dövlət və korporativ protokol qaydalarına riayət etmək; Salamlaşma, təqdimetmə və müraciət formalarını düzgün tətbiq etmək; Rütbə və vəzifə üstünlüyünə (prioritetə) uyğun davranış qaydalarını təmin etmək; Rəsmi tədbirlərdə (masa, zal, nəqliyyat vasitəsi və s.) oturma planını hazırlamaq və tətbiq etmək; Dövlət və beynəlxalq tədbirlərdə bayraqların düzgün yerləşdirilməsini təmin etmək; Rəsmi delegasiyaların yerləşdirilməsini protokola uyğun təşkil etmək; Rəsmi görüşlərin, konfransların və qəbul mərasimlərinin təşkilini həyata keçirmək; Tədbirlərin proqramını və ssenarisini hazırlamaq; Tədbir vaxtının düzgün planlanmasını və idarə olunmasını təmin etmək; Rəsmi və nəzakətli ünsiyyət qaydalarına riayət etmək; Çətin və həssas situasiyaları diplomatik və sakit şəkildə həll etmək; Xarici qonaqlarla mədəni fərqləri nəzərə alaraq peşəkar ünsiyyət qurmaq; Dəvət məktublarının və rəsmi çağırışların hazırlanmasını təmin etmək; Rəsmi yazışmaları (e-mail, məktub və s.) düzgün formatda tərtib etmək; Protokol siyahıları, iştirakçı siyahıları və tədbir planlarını hazırlamaq; Rəsmi və korporativ geyim qaydalarına riayət etmək. Tələblər: Ali təhsil (idarəetmə, beynəlxalq münasibətlər və ya oxşar sahələr üzrə üstünlükdür); Minimum 1–3 il protokol, rəsmi tədbir təşkili və ya inzibati sahədə iş təcrübəsi; MS Office proqramları (Word, Excel, PowerPoint) üzrə bilik; İngilis dili (orta səviyyə), rus dili arzuolunandır. Protokol qaydaları, rəsmi yazışmalar, tədbir təşkili və iş planlama bacarıqları; Protokol, etiket və ya tədbir təşkilatçılığı üzrə sertifikatlar arzuolunandır; Məsuliyyətli, diqqətli, ünsiyyətcil, səliqəli və stresə davamlı olmaq; Ünsiyyət bacarığı, məsuliyyətlilik, diqqət və operativlik. İş rejimi : 5 günlük iş qrafiki, saat 09:00–18:00. Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3. CV-lərinizi mövzu hissəsində “Protokol işi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.