Yüklənir...
Местоположение: Bakı
“Aqrar tədarük və təchizat” ASC “Satınalma üzrə mütəxəssis /aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edir! Vəzifə öhdəlikləri: Dövlət satınalmaları haqqında qanun və müvafiq sənədlər əsasında satınalma sənədlərinin tərtib edilməsi; Müəssisənin fəaliyyətinin təşkili üçün nəzərdə tutulan satınalmaların təşkil edilməsi; Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması; Mal, iş və xidmətlərin alınması üçün iş həcmlərinin və şərtlər toplusunun hazırlanmasına nəzarət etmək və onların qanunvericiliyə uyğunluğunu təmin etmək; Qurumun struktur bölmələri ilə koordinasiyalı şəkildə illik satınalma planlarının formalaşdırılması; İcra edilmiş satınalmalara və təchizarçılara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması; Dövlət Satınalmalarının vahid internet portalında ( etender.gov.az ) elanın, sənədlərin və məlumatların vaxtında yerləşdirilməsinə nəzarət etmək; Satınalmalar üzrə sənəd dövriyyəsini, protokol və müqavilə layihələrinin hazırlanmasını təşkil etmək; Malların tədarükü cari və yarana biləcək ehtiyacların öyrənilməsi, tələbatların proqnozlaşdırılması; Satınalma fəaliyyəti üzrə hesabatların, illik təhlillərin və təkmilləşdirmə üzrə təkliflərinin hazırlanması; Tələblər: Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə, biznesin idarəedilməsi və s. üzrə təhsil); “Dövlət satınalmaları haqqında” Qanun, “Qərarlar” və əlaqədar normativ-hüquqi aktlar üzrə biliklər; Azərbaycan dili (sərbəst səviyyədə), ingilis dili/rus dili biliyi (yüksək səviyyədə); Müvafiq sahədə ən az 3 il iş təcrübəsi (Dövlət Satınalmaları üzrə təcrübə üstünlükdür); MS Office proqramlarında (xüsusən Excel və Word) işləmək bacarığı; Yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rəsmi sənədlərlə işləmək və təqdimatlar hazırlamaq bacarığı; Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı; Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması; Satınalmalar sahəsində sertifikatlara sahib olmaq üstünlükdür (CİPS, PMP, CIPP və s.). İş rejimi: 5 günlük iş qrafiki İş saatı 09:00-18:00-dək Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “ Satınalma üzrə mütəxəssis /aparıcı mütəxəssis / baş mütəxəssis ” yazaraq “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.