Местоположение: Bakı
Şirkətimizə sənədlərin idarə olunması sahəsində təcrübəli, Aconex sistemini bilən və elektron yazışmaları (e-mail) peşəkar şəkildə idarə edə bilən Sənədlər üzrə Mütəxəssis tələb olunur. Vəzifə öhdəlikləri: Layihə sənədlərinin qeydiyyatı, arxivləşdirilməsi və idarə olunması; Aconex platformasında sənəd dövriyyəsinin təşkili və izlənilməsi; Daxil olan və göndərilən e-maillərin operativ cavablandırılması; Rəsmi məktubların və sənədlərin hazırlanması; Müvafiq şöbələr arasında sənəd mübadiləsinin koordinasiyası; Hesabatların hazırlanması və məlumat bazasının yenilənməsi. Tələblər: Aconex proqramında iş təcrübəsi; Sənəd dövriyyəsi sahəsində minimum 1-2 il təcrübə; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Güclü yazılı ünsiyyət və e-mail yazışma bacarıqları; Məsuliyyətli, diqqətli və operativ olmaq. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.