Местоположение: Bakı
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Qazma Qurğularına Texniki Qulluq üzrə Nəzarətçi vakansiyası üzrə namizəd axtarılır. Vəzifə Öhdəlikləri: Qaraj sistemində görülən işlərin kompüter üzərindən qeydiyyatının aparılması Texniki xidmət və təmir işlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi Sənədlərin hazırlanması, yığılması və düzgün saxlanılması Excel və Word proqramlarında hesabatların hazırlanması İclaslarda iştirak etmək və təqdimatların hazırlanması Texniki məlumatların elektron bazada yenilənməsi və idarə olunması Namizədə tələblər: Orta ixtisas təhsil və ya Ali təhsil; Müvafiq sahədə minumum 5 il iş təcrübəsi; Qazma qurğularının təmiri ilə bağlı texniki biliyə malik olmalı; Usta heyəti ilə işin təşkili, koordinasiya və rəhbərlik bacarığı; Təhlükəsizlik qaydalarının tələblərini bilməli və tətbiq etməli; Ezamiyyətə getmək və sahə şəraitində işləmək imkanı; Komanda işi, məsuliyyətlilik və nizam-intizam. Əmək şəraiti: İş yeri: Hökməli qarajı İş qrafiki: 6 günlük Əmək haqqı: 1000-1200 Azn Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.