Yüklənir...
Местоположение: Bakı
Namizədə tələblər: Yaş: 18 - 45 Cinsi: Bəy və Xanım Təhsil: Natamam Ali və Ali İş təcrübəsi: Təcrübə tələb olunmur – peşəkar təlimlərlə sizə dəstəl olacağıq! Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır) Əsas vəzifə öhdəlikləri: Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək, müştərinin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu onlara təqdim etmək; Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək; Mövcud müştərilərlə əlaqələri gücləndirərək davamlı əməkdaşlıq qurmaq; Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq; Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək; Sığorta müqaviləsinin vaxtında təqdim olunmasına və şərtlərin müştəriyə aydın izahına dəstək vermək. Bacarıqlar: Təşəbbüskarlıq; Ünsiyyətqurmaq bacarığı; Fikirlərinin aydın izah edə bilmək; Çalışqanlıq; Dəqiqlik; Öhdəliklərinə məsuliyyətli olmaq; Yaranmış vəziyyətlərə çevik reaksiya vermə; Komandada işləmək Təklif olunan məhsulun satışını təmin etmə bacarıqları. İş şərtləri: İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) İş saatı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00 İş yeri: Bakı şəhəri Biz sizə nə təklif edirik? Satış bacarıqları üçün xüsusi təlimlər və mentor dəstəyi Uğurlu məsləhətçilər üçün karyera yüksəlişi Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması İşlə təmin olunma imkanı Müasir idarəetmə sistemi və mehriban kollektiv Satışlara əsasən artan gəlir Göstərilən tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə sığorta məsləhətçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.