Yüklənir...
Местоположение: Bakı
İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəliyi: Həvalə olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki sistemlərin fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək; İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları operativ şəkildə müəyyən etmək və təmir-bərpa işlərini təşkil etmək; Planlı Profilaktik Təmir (PPT) qrafikinə uyğun olaraq təmir işlərinin planlaşdırılmasını və icrasını təmin etmək; Təmir işləri üçün tələb olunan ehtiyat hissələri, alət və materialların vaxtında təmin olunmasına nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin vaxtında açılmasını təşkil etmək; Tabeliyində olan təmirçi çilingərlərin işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək; Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq, avadanlıqları istismara təhlükəsiz şəkildə təhvil vermək; Təmir heyəti tərəfindən əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət etmək; Avadanlıqlarda baş verən nasazlıqların səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq; Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və zərurət olduqda hazırlamaq; İstehsalatda avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması istiqamətində təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək. Namizədə tələblər Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər müvafiq texniki ixtisaslar üzrə); İstehsalat müəssisəsində mexanik və ya baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi; Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin biliklər; Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə təcrübə; Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst oxumaq bacarığı; Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər; Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq bacarıqları; Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü ünsiyyət bacarığı. İş qrafiki: 5 günlük iş qrafiki İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur. Üstünlüklərimiz: Nahar Servis Könüllü tibbi sığorta Korporativ nömrə və danışıq limiti Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mexanik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.