Marketinq mütəxəssisi - ATS Food

Местоположение: Bakı

İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəlikləri: Satış hesablarını Excel proqramında izləmək və müntəzəm hesabatlar hazırlamaq. Marketinq və digər departamentlər arasında sənədləşmə və əlaqədar işləri icra etmək. Yeni məhsulların yaradılması və inkişafı prosesində iştirak etmək. Ərazidə ziyarətlər etmək – qiymət məlumatları toplamaq, rəqib analizləri aparmaq və digər bazar məlumatlarını əldə etmək. Bütün marketinq layihələrində aktiv iştirak etmək və layihələrin icrasını dəstəkləmək.  Namizədə tələblər: Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil MS Office proqramlarında (xüsusilə Excel, Word və Power Point) yüksək səviyyədə işləmə bacarığı Rəqəmsal reklam platformaları ilə praktik iş təcrübəsi  Azərbaycan dilində səlis danışma və yazma bacarığı Sürücülük vəsiqəsi Analitik düşüncə və strateji baxış Güclü kommunikasiya və təqdimat bacarığı Komandada və müstəqil işləmək bacarığı Planlama və vaxtın düzgün idarə edilməsi Məsuliyyətlilik və nəticə yönümlülük Kreativlik və təşəbbüskarlıq İş şəraiti: İş qrafiki:  5 günlük iş qrafiki İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında) Üstünlüklərimiz: Nahar ilə təmin olunma Könüllü tibbi sığorta Servis ilə təmin olunma Korporativ nömrə və danışıq limiti Korporativ mühit, Gənc, dinamik kollektivdə işləmək imkanı,  Peşəkar təcrübə qazanmaq  Karyera yüksəlişi Tələblərə cavab verən namizədlər öz CV-lərini “ Marketinq mütəxəssisi ” başlığı ilə Müraciət et düyməsində qeyd olunan   elektron poçt ünvanına göndərə bilərlər. Müraciət e-maili: hr@atsfood.az