Местоположение: Bakı
İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəliyi: İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün təklifləri rəhbərliyə bildirmək; İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak etmək; Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək; Şirkətə işə qəbul olan işçilərə ƏMTT üzrə giriş təlimatı keçmək; Fəhlə və qulluqçuların əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında nəzarəti həyata keçirmək və ƏMTT üzrə cavabdeh şəxsərdən işçilərin biliklərinin yoxlamasının keçirilməsini, təkrar təlimatlandırmaların aparılmasını tələb etmək; Xidmətlərə, şöbələrə ƏMTT üzrə təlimatların işlənib hazırlanmasında metodik vasitə ilə kömək etmək; İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək; İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək; ƏMTT mühəndisinin işdə olmadığı hallarda nəzarətin rəhbərliyin əmri ilə təyin edilmiş ƏMTT və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslər tərəfindən həyata keçirilməsini təmin etmək; İnnovativ təmir və idarəetmə metodlarını tətbiq etmək; İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesində iştirak etmək; Fövqəladə hal təlimlərinin təşkil olunması prosesi və fövqəladə halların idarə olunması prosesində iştirak etmək; İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesi və proseslərin təhlükəsizliyinin dövri təhlili prosesində iştirak etmək; Proseslərin təhlükəsizliyinin dövri təhlili və ilkin yanğınsöndürmə vasitələrinin yoxlanılması prosesində iştirak etmək; Təhlükə potensiallı obyektlərin müəyyənləşdirilməsi və təhlükəsiz istisamarına nəzarət prosesində və SƏTƏM üzrə dövri tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarət prosesində iştirak etmək; Dövri SƏTƏM hesabatlarının təqdim olunması prosesində iştirak etmək; İş yerlərinin əmək şəraitinə görə attestasiya edilməsi prosesində iştirak etmək; Mövsümə uyğun olaraq işçilərin iş geyimləri ilə təminatı və təhlükəli vəziyyət və fəaliyyət üzrə hesabatların verilməsi prosesində iştirak etmək; Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak. Namizədə aid tələblər: Ali təhsil (Texniki sahə üzrə) İstehsalat müəssisəsində min 3-5 il təcrübə mütləqdir Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı) Microsoft Office proqramı üzrə biliklər Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı İş qrafiki: 5 günlük iş qrafiki; İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir. Üstünlüklərimiz: Nahar Servis Könüllü tibbi sığorta Korporativ nömrə və danışıq limiti Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM üzrə bölmə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər