Местоположение: Bakı
İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəliyi: Şirkətin işə qəbul və təlim-inkişaf strategiyasını hazırlamaq, icrasını təmin etmək və davamlı olaraq təkmilləşdirmək; İşçi qüvvəsinə olan ehtiyacları təhlil etmək, işə qəbul planını hazırlamaq və icrasına nəzarət etmək; Vakansiyaların vaxtında və keyfiyyətli şəkildə bağlanmasını təmin etmək, işə qəbul prosesinin bütün mərhələlərini idarə etmək; İşə qəbul komandasının fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və performansını qiymətləndirmək; Namizəd bazasının inkişaf etdirilməsi, əmək bazarının və rəqib şirkətlərin təhlilinin aparılması üzrə fəaliyyətləri təşkil etmək; Müsahibə, qiymətləndirmə və seçim metodologiyalarının hazırlanmasını və tətbiqini təmin etmək; Təlim ehtiyaclarının müəyyənləşdirilməsi prosesini təşkil etmək və illik təlim planını hazırlamaq; Daxili və xarici təlim proqramlarının təşkili, icrası və effektivliyinin qiymətləndirilməsini təmin etmək; Yeni işçilərin adaptasiya (Onboarding) proqramlarını hazırlamaq və icrasına nəzarət etmək; Karyera inkişafı, ehtiyat kadr (Succession Planning) və istedadların idarə olunması proseslərində iştirak etmək; Universitetlər, təlim mərkəzləri və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək; İşə qəbul və təlim fəaliyyəti üzrə KPI-ları müəyyən etmək, nəticələri təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; HR ERP sistemləri və rəqəmsal alətlərdən istifadə etməklə proseslərin optimallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək; Şöbənin büdcəsini planlaşdırmaq və səmərəli idarə etmək. Namizədə tələblər İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər uyğun ixtisas üzrə ali təhsil; İşə qəbul və təlim-inkişaf sahəsində minimum 7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; Müasir işə qəbul metodları, müsahibə texnikaları və kompetensiya əsaslı qiymətləndirmə üzrə biliklər; Təlim ehtiyaclarının təhlili, təlim proqramlarının hazırlanması və effektivliyinin qiymətləndirilməsi sahəsində təcrübə; Əmək Məcəlləsi və HR prosesləri üzrə yaxşı biliklər; MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı; HRIS/ERP sistemləri ilə işləmək təcrübəsi; Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək üstünlükdür; İş qrafiki: 5 günlük qrafik İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur Üstünlüklərimiz: Nahar Servis Könüllü tibbi sığorta Korporativ nömrə və telefon danışıq limiti Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim İnkişaf və İşə qəbul şöbə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər