Tort satışı üzrə supervayzer - ATS Food

Местоположение: Bakı

İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəlikləri:  Tort sifarişlərinin qəbulu, planlaşdırılması və icrasına nəzarət; Müştəri tələblərinin düzgün analiz edilməsi və uyğun məhsul təkliflərinin verilməsi;  Mövcud müştəri bazasının idarə olunması və müştəri məmnuniyyətinin artırılması;  Yeni müştərilərin cəlb olunması və satış nöqtələrinin genişləndirilməsi (HoReCa və retail); Satış komandasının gündəlik fəaliyyətinə nəzarət və iş bölgüsünün aparılması;  Komandanın motivasiyası, təlimi və performansının qiymətləndirilməsi;  Satış göstəricilərinin izlənməsi və aylıq hesabatların hazırlanması;  Rəqib analizləri və bazar araşdırmaları aparmaq; Məhsul portfelinin artırılması üçün təkliflər vermək;  Sifarişlərin vaxtında və keyfiyyətli şəkildə istehsala ötürülməsinə nəzarət;  Geri qaytarma, şikayət və problemlərin operativ həlli;  Şirkətin satış strategiyasına uyğun fəaliyyət göstərmək;  Şəmkir istehsal sahəsinin tort satışına davamlı dəstək göstərmək; Tələblər: Orta, orta ixtisas və ya ali təhsil (Ali təhsil üstünlükdür); Şirniyyat (Tort və Bakery) satışı sahəsində təcrübə mütləqdir. (İstehsalı bilməsi arzuolunandır.) Rəhbər vəzifədə 2 il, ümumi 3-5 il iş təcrübəsi Microsoft Exel, Word, Power Point, Outlook-da sərbəst işləmə bacarığı Azərbaycan dili (əla), Rus dili (arzuolunandır) Ezamiyyətə gedə bilməlidir.    İş şəraiti İş Qrafiki:  5 günlük qrafik  İş saatları: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir. Üstünlüklərimiz:  Nahar təminatı Servis təminatı Könüllü tibbi sığorta Tələblərə cavab verən namizədlər öz CV-lərini “Tort satışı üzrə supervayzer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan   elektron poçt ünvanına göndərə bilərlər