Местоположение: Bakı
Зарплата: 990
Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG GHC şirkətində Stok və anbar uçotu üzrə mütəxəssis vəzifəsi üzrə işçi axtarılır. Tələb olunan bilik və bacarıqlar Orta ixtisas təhsili. İş təcrübəsi - minium 2 il. Azərbaycan dili – səlis; ingilis dili və rus dili – orta səviyyədə. Anbar uçotu və idarəetməsi üzrə biliklər. MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı. Vəzifə öhdəliklər Anbara daxil olan və çıxan malların uçotunu aparmaq Malların qəbulunu, yerləşdirilməsini və düzgün saxlanmasını təşkil etmək Gündəlik, həftəlik və aylıq stok hesabatlarını hazırlamaq Anbar qalıqlarını mütəmadi yoxlamaq və inventarizasiya aparmaq Uçot sistemində məlumatları düzgün və vaxtında daxil etmək Malların sənədləşməsini (qaimə, faktura) yoxlamaq və arxivləşdirmək Stok fərqlərini (atıq və ya çatışmazlıq) aşkar edib səbəblərini araşdırmaq Rəhbərliyə stok vəziyyəti barədə mütəmadi məlumat vermək Təchizat və satış şöbələri ilə koordinasiyalı işləmək Anbarın səliqəli və təhlükəsiz saxlanmasına nəzarət etmək Köhnəlmiş və ya istifadəyə yararsız malların siyahısını aparmaq Mal dövriyyəsini analiz edərək optimallaşdırma təklifləri vermək İş Şəraiti: Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu İş qrafiki: Gündəlik (5 günlük, 09:00 – 18:00) Əmək haqqı: 990 AZN Net Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir. Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. e-mail: sky@asg.az