Texniki ofis mühəndisi - Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Местоположение: Bakı

Namizədə olan tələblər:   Mühəndislik sahəsi üzrə ali təhsil;   Texniki şöbədə minimum 3 il iş təcrübəsi;  İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Primavera);   Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;   Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;  Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;  Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür);  Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;  Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.   Vəzifə öhdəlikləri:  Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;   Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;  Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;   Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;   Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;   Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;   Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;   Qiymətləndirmə üçün hesabatların aparılması;  Əmək haqqı: razılaşma yolu ilə Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.  e-mail: azer.n.s@evrascon.com