Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq; Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək; İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək; İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək. Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi; Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək; Yanğından mühafizə vasitələrinin ( yanğın siqnalizasiya sistemlərinin, daxili yanğın su kranlarının, yanğın su nasosxanasının və s. ) daim saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq; Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək; Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq; Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək; Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq; İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək; Qanunvericiliyə uyğun SƏTƏM üzrə sənədləşmə prosesinin həyata keçirmək Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək; Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək. Tələb olunan bilik və bacarıqlar: Microsoft Office proqramı üzrə biliklər; Kommunikasiya bacarığı; Təqdimetmə bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali təhsil (Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə üstünlükdür). Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ SƏTƏM mütəxəssisi ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. rla