Местоположение: Bakı
Çap və poliqrafiya sahəsində təcrübəli, komanda idarəçiliyində bacarıqlı və nəticəyönümlü Müdir axtarırıq. Vəzifə öhdəlikləri Şirkətin gündəlik fəaliyyətinin idarə olunması və iş proseslərinin koordinasiyası Çap, print və istehsal proseslərinin planlaşdırılması və nəzarətdə saxlanılması Komandanın iş bölgüsünün aparılması və fəaliyyətinin idarə edilməsi Sifarişlərin vaxtında və keyfiyyətli icrasına nəzarət Korporativ və fərdi müştərilərlə görüşlərin keçirilməsi və satış prosesində iştirak Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsi Satış və istehsal planlarının hazırlanması və icrasının təmin edilməsi İş prosesində yaranan problemlərin operativ həlli və kriz vəziyyətlərinin idarə olunması Şirkətin inkişafı üçün yeni ideya və təkliflərin hazırlanması Dizayn və çap proseslərinin texniki xüsusiyyətlərini anlayaraq işə nəzarət Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi Namizədə tələblər Kişi namizədlər 28–40 yaş aralığı Çap, poliqrafiya və ya print sahəsində minimum 3 il iş təcrübəsi Komanda idarə etmək bacarığı Güclü planlama və təşkilatçılıq qabiliyyəti Kriz və stresli vəziyyətlərdə operativ qərar qəbul etmək bacarığı Korporativ və fərdi satış sahəsində təcrübə Müştərilərlə düzgün kommunikasiya və danışıqlar aparmaq bacarığı Korporativ görüşlərdə iştirak və təqdimat aparmaq bacarığı Dizayn sahəsində praktiki təcrübə və çap məhsullarının hazırlanma prosesini anlamaq Liderlik və problem həll etmə bacarığı Nəticəyönümlü və məsuliyyətli yanaşma MS Office proqramları ilə işləmək bacarığı İş şərtləri İş günləri: Həftə içi 6 gün İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00 Şənbə: 10:00–16:00 Əmək haqqı: 2500 AZN + bonus Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini “ Çap və poliqrafiya üzrə müdir ” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etsinlər.