Yüklənir...
Местоположение: Bakı
İşin təsviri: Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili; Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi; Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması; Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək; Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi; Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi; Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi; Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması; Namizədə tələblər: Ali təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il; Topoqrafik alətlər ilə işləmə bacarığı; Dil bilikləri: Azərbaycan dili (əla), inigilis və rus dilləri arzuolunandır; Kompüter bilikləri: MS Office və Autocad proqramlarını yaxşı dərəcədə bilməli; Müddətdən asılı olmayaraq ezamiyyətə açıq olmaq; Diqqətli və məsuliyyətli olmaq; Planlama və təşkilatçılıq qabiliyyəti; İş şəraiti: İş rejimi: 6 gün. Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Geodeziya mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə telefonu: 055 216 20 65