Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması); Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi; İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi; Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; Gündəlik hesabatlar hazırlayır; Həftəlik və Aylıq hesabatlar hazırlayır; İşin və Maşın mexanizmlərinin məhsuldarlığının çıxarılmasını hazırlayır; Adam, say tətbiqinin histoqramlarının çıxarılmasını hazırlayır; İrəliləmə histoqramlarını tərtib edir; Gecikmələrin Proqnozlaşdırılmasını həyata keçirir; Layihə Planlama Primavera P6 proqramını tərtib edir; Podratçıların apardığı işlərin plan qeydiyyat və plan işi üzrə işlərin görülməsinə nəzarət edir Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.): Yaş həddi: 25-45 Ali təhsil (İnşaat üzrə); Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi; İnnovativ standartlara uyğun işləməyi bacarmalı; MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli; Yüksək səviyyədə analitik-riyazi biliklər; Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; İnşaat norma və qaydalarını bilməlidir; İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları. Əlavə məlumatlar: İş rejimi: 6 gün. Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Planlama Mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə telefonu: 055 216 20 65