Audit şöbəsinin rəhbəri - AZAQROTAXIL MMC

Местоположение: Bakı

İşçiyə qoyulan tələblər: Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində); Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək; Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər; Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı; CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinin olması üstünlük təşkil edir; Vəzifə öhdəlikləri: Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək;  Şirkətin bütün struktur bölmələrində daxili audit yoxlamalarını planlaşdırmaq və həyata keçirilməsini təmin etmək;  Audit planlarının icrasına nəzarət etmək və audit proseslərini koordinasiya etmək;  Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək;  Maliyyə, satınalma və təchizat, satış şöbələri və regionlar üzrə əməliyyat, maliyyə və uyğunluq risklərinin kompleks qiymətləndirilməsini həyata keçirmək;  Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;  Audit nəticələri üzrə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və müvafiq tövsiyələr vermək;  Daxili audit komandasını idarə etmək, fəaliyyətini qiymətləndirmək və inkişafını təmin etmək;  Ezamiyyətlər çərçivəsində regionlarda (Ağcabədi, Biləsuvar, Sabirabad) audit yoxlamalarını həyata keçirmək;  Qanunvericiliyə və daxili qaydalara uyğunluğun təmin olunması məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq;  Şirkət fəaliyyətinin səmərəliliyinin artırılması, risklərin azaldılması və proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək.  İş şərtləri:  Əmək haqqı razılaşma əsasında; Xidməti nəqliyyat vasitəsi, nahar və korporativ nömrə ilə təmin edilir.  Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  Müraciət Et   düyməsində göstərilən e-mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını  “Jooble.az - Audit şöbəsinin rəhbəri”  qeyd etməklə göndərməyiniz xahiş edilir.  e-mail: ir.manager@avromak.az