Yüklənir...
Местоположение: Bakı
AZCD Group davam edən layihəsi üçün Sahə Mühəndisi (Fit-Out və metal konstruksiya işləri üzrə) vəzifəsinə peşəkar namizədləri komandamıza qoşulmağa dəvət edir. Vəzifə öhdəlikləri Fit-out, metal konstruksiya və digər tamamlayıcı tikinti işlərinin təsdiq edilmiş layihə sənədləri, texniki spesifikasiyalar və işçi çertyojlara uyğun icrasına gündəlik nəzarət etmək; Tikinti sahəsində aparılan işlərin keyfiyyətini, ardıcıllığını və layihə qrafikinə uyğunluğunu təmin etmək; Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin icrasını nəzarətdə saxlamaq; Gündəlik iş planlarının hazırlanmasında iştirak etmək və işlərin plan üzrə icrasını izləmək; Materialların qəbulunu yoxlamaq, onların keyfiyyətinə, düzgün saxlanmasına və səmərəli istifadəsinə nəzarət etmək; Görülmüş işlərin həcmini ölçmək, yerinə yetirilmiş işləri təsdiqləmək və müvafiq hesabatların hazırlanmasında iştirak etmək; Sahədə yaranan texniki problemləri operativ şəkildə müəyyən etmək, həlli üçün layihə rəhbərliyi və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək; Memarlıq, konstruksiya, MEP və digər əlaqəli işlər arasında koordinasiyanı təmin etmək və işlərin ardıcıllığını izləmək; Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək; Gündəlik və həftəlik görülən işlər üzrə hesabatlar hazırlamaq, fotohesabatlar təqdim etmək və layihə rəhbərliyini görülən işlər barədə mütəmadi məlumatlandırmaq; Layihədə istifadə olunan materiallar, avadanlıqlar və resursların səmərəli istifadəsinə nəzarət etmək; Zəruri hallarda sifarişçi, texniki nəzarətçi və digər tərəflərlə keçirilən sahə baxışlarında və iclaslarda iştirak etmək; Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün digər struktur bölmələri ilə sıx əməkdaşlıq etmək. Tələblər İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; İncə işlər və metal konstruksiya işləri üzrə 5+ il sahə təcrübəsi; Layihə və texniki çertyojları oxuma bacarığı; Tikinti norma və standartları barədə bilik; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı. İş şəraiti Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı; Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək); İş qrafiki: Tam iş günü; İş yeri: Bakı şəhəri. Maraqlanan namizədlər CV-lərini Sahə Mühəndisi başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu olduraraq göndərə bilərlər.