Maliyyə meneceri - Azera Holding

Местоположение: Bakı

AZERA Holdingin tərkibində fəaliyyət göstərən Fruitland-AZ MMC üçün Maliyyə meneceri vakansiyası elan edir. Struktur bölməsi: Maliyyə Departamenti İş yeri: Bakı şəhəri, Zirə – Südçülük sovxozu Namizədə tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya aidiyyəti sahə üzrə) Müvafiq sahədə minimum 5 il iş təcrübəsi Xarici dil biliyinin olması vacibdir MS Office, 1C, ERP və LOGO proqramlarında işləmək bacarığı İdarəetmə və liderlik bacarıqları Analitik düşüncə və qərarvermə qabiliyyəti Komandada işləmək və yüksək ünsiyyət bacarığı Stressə davamlılıq və məsuliyyətlilik Vəzifə öhdəlikləri: Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması Maddi, əmək və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin uçotunun aparılması Gəlir və xərclərin, eləcə də vergitutma obyektlərinin qanunvericiliyə uyğun uçotunun təmin edilməsi Vergi və maliyyə hesabatlarının hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilməsi Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və maliyyə göstəricilərinin qiymətləndirilməsi Cari və perspektiv maliyyə planlarının hazırlanması Biznes planların hazırlanması üçün maliyyə məlumatlarının formalaşdırılması Xidmətlərin maya dəyərinin hesablanması və gəlirliliyin planlaşdırılması Gəlirlərin vaxtında daxil olmasına və ödəniş proseslərinə nəzarət edilməsi Bank əməliyyatlarının və hesablaşmaların operativ uçotunun aparılması Müqavilələr üzrə ödənişlərin vaxtında icrasının təmin olunması Maliyyə vəsaitlərinin hərəkətinin uçotunun aparılması və hesabatların hazırlanması Mədaxil-məxaric büdcəsinin və pul vəsaitlərinin planlaşdırılması Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqlərin təhlili Statistik hesabatların hazırlanması üçün məlumatların təqdim edilməsi Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.