Yüklənir...
Местоположение: Bakı
KATAN Tekstil MMC Tekstil üzrə Merçendayzer vakansiyası üzrə namizəd axtarışındadır. İş şəraiti İş yeri: Bakı şəhəri, Nərimanov rayonu Əmək haqqı: 700 AZN İş qrafiki: Tam iş günü Vəzifə öhdəlikləri: Tekstil məhsullarının vitrin və satış sahəsində şirkətin vizual standartlarına uyğun yerləşdirilməsini təmin etmək; Yeni kolleksiya, kampaniya və endirim məhsullarının düzgün təqdimatını təşkil etmək; Məhsulların qiymət, barkod, ölçü və digər məlumatlarının düzgünlüyünə nəzarət etmək; Satış sahəsində məhsul ehtiyatını izləmək, çatışmayan məhsullar barədə məlumat vermək; Məhsulların səliqəli və estetik görünüşünü daim qorumaq; Mövsümi vitrin konseptlərinin hazırlanması və tətbiqində iştirak etmək; Müştəri tələbatını izləyərək rəhbərliyə təkliflər vermək; Marketinq, satış və anbar şöbələri ilə koordinasiyalı işləmək; Gündəlik və dövri hesabatları hazırlamaq. Namizədə tələblər: Tam orta, orta ixtisas və ya ali təhsil (tekstil, ticarət və ya satış sahəsi üzrə təhsil üstünlükdür); Merçendayzinq, satış və ya pərakəndə ticarət sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi arzuolunandır; Təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlərin də müraciətinə baxıla bilər; Azərbaycan dilini sərbəst bilmək (Rus dili biliyi üstünlükdür); MS Word və MS Excel proqramlarında işləmək bacarığı; Elektron poçt və mobil tətbiqlərdən istifadə bacarığı; Səliqəli, məsuliyyətli, diqqətli, punktual və komandada işləmək bacarığı; Estetik zövqə və vizual təqdimat bacarığına malik olmaq. Şirkət təklif edir: Rəsmi əmək müqaviləsi; Stabil və uzunmüddətli iş imkanı; Peşəkar komandada inkişaf və karyera yüksəlişi; Korporativ iş mühiti; Maraqlanan namizədlər CV-lərini "Tekstil üzrə Merçendayzer" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.