Местоположение: Bakı şəhəri
Зарплата: 800-1200
AZERA Holding MMC tərkibindəki Global Cert MMC-də Satış meneceri vakansiyasını elan edir. İş haqqında məlumat: Müştəri bazasının genişləndirilməsi: Yeni yerli və xarici müştərilərin tapılması, potensial tərəfdaşlarla əlaqələrin qurulması. Xidmətlərin təqdimatı: Şirkətin təqdim etdiyi sertifikatlaşdırma xidmətləri (İSO 9001, 14001, 45001 və s.) barədə ətraflı məlumat verilməsi. Görüşlərin keçirilməsi: Potensial müştərilərlə həm onlayn, həm də üzbəüz görüşlərin təşkili və təkliflərin təqdim edilməsi. Müqavilələrin bağlanması: Satış prosesinin sonlandırılması və sənədləşmə işlərinin izlənilməsi. Hesabatlılıq: Görülən işlər barədə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər: Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya Texniki sahələr üstünlükdür). Təcrübə: B2B satış sahəsində ən azı 1-2 il təcrübə (Sertifikatlaşdırma və ya konsaltinq sahəsində təcrübə böyük üstünlükdür). Dil bilikləri: Azərbaycan dili (əla), Rus və ya İngilis dili (arzuolunandır). Yüksək ünsiyyət bacarığı: Müştəriləri razı salma və təqdimat bacarığı. Analitik düşüncə: Bazarın təhlili və rəqiblərin izlənilməsi bacarığı. İş şərtləri: ƏM-nə uyğun rəsmiləşdirlmə Əmək haqqı: 800-1200 AZN CV-nizi “Satış meneceri” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur . Müraciət maili hr@azeraholding.az