Местоположение: Bakı
“KATAN Tekstil” MMC üçün Satış üzrə Mütəxəssis vakansiyası elan edir Vəzifə öhdəlikləri: Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmalarının aparılması; Aylıq və illik satış planlarının icrasını təmin etmək; Satış göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq; Tekstil məhsullarının texniki xüsusiyyətləri və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək; Məhsul təqdimatlarını keçirmək və kommersiya təklifləri hazırlamaq; Müştərilərlə qiymət, təchizat və müqavilə şərtləri üzrə danışıqlar aparmaq; Müştəri məmnuniyyətini təmin etmək, daxil olan müraciət və şikayətləri operativ şəkildə həll etmək; İstehsalat, logistika və marketinq şöbələri ilə koordinasiyalı işləmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Namizədə tələblər: İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Satış və ya digər əlaqəli ixtisas üzrə ali təhsil; Satış sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərində ünsiyyət bacarığı; MS Office proqramlarını (Word, Excel, PowerPoint) yüksək səviyyədə bilmək; Outlook, 1C proqramlarında işləmək bacarığı; Excel-də Pivot cədvəllər və satış analizləri hazırlamaq bacarığı; Google Analytics biliyi üstünlükdür; Salesforce Certified Sales Professional və HubSpot Sales Certification sertifikatlarının olması üstünlük hesab olunur; Analitik düşünmə, ünsiyyət və təqdimat bacarığı, məsuliyyətlilik və nəticəyönümlülük. İş şərtləri: Əmək haqqı: 500 AZN + satış bonusu Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Müddətli əmək müqaviləsi (1 il); Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. İş yeri: Bakı şəhəri, Nərimanov rayonu Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə mütəxəssis" qeyd etməklə müvafiq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.