Aparıcı Mühasib - Azerbaijan Automobiles

Местоположение: Bakı

İş barədə məlumat: Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədlərinə, maliyyə-iqtisadi əməliyyatlara və departament daxilində aparılan bütün əməliyyat və sənədləşmə işlərinə nəzarətin həyata keçirilməsi; Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması və qeydiyyatının düzgün təşkili; Rəsmi maliyyə və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi; Debitor və kreditorlarla mütəmadi üzləşmələrin aparılması və fərqlərin aradan qaldırılması; 1C mühasibat proqramından yüksək səviyyədə istifadə edilməsi; Şirkətin maliyyə vəziyyəti barədə daim məlumatlı olmaq, riskləri müəyyən etmək və onların qarşısının alınması üçün tədbirlərin görülməsi; Mal hərəkətinin uçotu və inventarizasiyasının aparılması, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarına nəzarət edilməsi; Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması; Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərin uçotunun aparılması; ƏDV, mənfəət və vahid bəyannamələrin, eləcə də statistika hesabatlarının hazırlanması və Baş mühasibə təqdim edilməsi; Bütün hesabatların düzgün, dəqiq və vaxtında hazırlanmasının təmin edilməsi. İş qrafiki: Həftə içi 6 gün İş ünvanı: Bakı, Babək prospekti.  Namizədə tələblər: Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi); İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı; Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli; Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi Müraciət etmə qaydaları: CV Mövzu sətrində “Jooble.az - Aparıcı Mühasib” qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidi; Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq. e-mail: hr@automobiles.az