Местоположение: Bakı
İşəgötürən: “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs İş yeri: Bakı şəhəri Vəzifə öhdəlikləri: Elektrik naqillərinin quraşdırır və təmir edir; Elektrik lövhələrinin və şitlərin baxımı və istismarını həyata keçirir; Elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir; Qısaqapanma, elektrik sızması və digər nasazlıqların aşkarlanaraq dərhal aradan qaldırılmasını təmin edir; Qazanxananın iş rejiminə uyğun istifadəsi və istismarını həyata keçirir; İstilik sisteminin təzyiq, temperatur və su səviyyəsinin daimi nəzarətdə saxlayır; Yanacaqla işləyən qurğuların təhlükəsiz iş rejimində saxlayır; Qazanxananın texniki baxım və təmizləmə işlərini aparır; Təsərrüfat və inzibati otaqlarda sadə təmir və çilingər işlərini (qapı, pəncərə, tutacaq, kilid və s.) yerinə yetirir; İşıqlandırma sistemlərini və lampalarını dəyişdirir; Su təchizatı və kanalizasiya sistemlərində yaranan nasazlıqları təmiri edir; Gündəlik texniki baxışları aparır və aşkar edilmiş problemləri aradan qaldırır; Təhlükəsizlik qaydalarına ciddi riayət edir. Vəzifənin tutulmasına dair tələblər: Müvafiq sahədə iş təcrübəsi; Müavafiq sahə ilə bağlı peşə təhsili və ya ona bərabər tutulan sertifikatların olması. Əmək şəraiti: İş qrafiki: 5 günlük (09:00-18:00) Nahar vaxtı: 13:00-14:00 İstirahət günü: şənbə, bazar Əməkhaqqı: 750 Azn Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki işçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.