Yüklənir...
Местоположение: Bakı
İş şəraiti: İş yeri: Kəlbəcər rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: İllik hasilat planlarının hazırlanmasına rəhbərlik etmək; Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasına rəhbərlik etmək; Söyüdlü qızıl yatagının fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; Söyüdlü qızıl yatagının sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək; Söyüdlü qızıl yatagının sahəsində işlərin təhlükəsiz və davam etdirilə bilən şəkildə inkişaf etdirilməsinə rəhbərlik etmək; Mədən gəlirliliyinin artırılması, əməliyyat xərclərinin azaldılması, işlərin və proseslərin optimallaşdırılması üçün təkliflər verilməsində iştirak etmək və zəruri tədbirlərin görülməsini təşkil etmək; Sahənin kommersiya mənfəəti üçün texniki imkanları və potensialı dəyərləndirmək; Sahə üzrə dağ-mədən işləri və əlaqədar texniki xidmət fəaliyyətlərinin idarə ediməsində iştirak etmək; Mədənin istismarı büdcəsinin işlənib hazırlanmasında iştirak və nəzarət etmək; Filiz ayırma sistemlərinin planlaşdırılması və fəaliyyət planına uyğun olaraq yerinə yetirilməsini təşkil etmək; İstehsalat sahələrində istehsalata dair xidmətlər göstərən podratçı və subpodratçı şirkətlərin işinə nəzarət etmək; İstehsalat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan daha effektiv metodların tətbiqini təklif etmək; Tələb olunan bilik, bacarıq və səriştələr: Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik. Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və GIS proqram təminatları ilə işləmə bacarığı. Tələb olunan təhsil və iş təcrübəsi: Müvafiq sahə üzrə ali təhsil (Geologiya və ya dağ-mədən mühəndisliyi, metallurgiya mühəndisliyi, üzrə ali təhsil (bakalavr və magistr səviyyəsi); Müvafiq sahə üzrə 3 il iş təcrübəsi İş qrafiki: Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir. Əmək haqqı və əlavə imtiyazlar: Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. Nəqliyyat xidməti. Rəqabətli mükafatlandırma sistemi. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.