Местоположение: Bakı
Hal-hazırda aktiv olan vakansiya: Testləşdirmə və keyfiyyət təminatı bölməsinin baş mütəxəssisi Vəzifəyə olan tələblər: Ali təhsil (Kompyüter elmləri, İnformasiya texnologiyaları və müvafiq sahələr üzrə olması arzuolunandır); Minimum 5 il QA sahəsində iş təcrübəsinin olması; Test metodologiyalarının, avtomatlaşdırma alətlərinin (Selenium, JMeter, Cypress və s.) dərin bilikləri; Java, Python, JavaScript, SQL, Shell scripting bilikləri, sadə proqramların yazılması üstünlükdür; Postman ilə json, xml sorğuların testləşdirilməsi üzrə təcrübənin olması; Linux administrator sahəsi üzrə biliklərin olması üstünlükdür; İngilis və Rus dillərinin texniki səviyyədə olması arzuolunandır; Ödəniş sistemləri, prosessinq mərkəzləri və PCI DSS standartları üzrə biliklərin olması üstünlükdür. Vəzifə öhdəlikləri: Test planlarının və ssenarilərinin hazırlanması, icrası və nəticələrin təhlili; Avtomatlaşdırılmış testlərin qurulması və optimallaşdırılması; QA komandasının idarə olunması, iş bölgüsünün aparılması və performansın izlənməsi; Sistemlərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək; İstismar zamanı yaranan problemlərin araşdırılması və həllinə dəstək vermək. Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.