Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Konstruktiv işçi layihənin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması; Layihə əsasında iş həcmləri cədvəllərinin hazırlanması; Layihələndirilən bina və qurğuların fəza hesabatının aparılması; İşlənib hazırlanmış layihələri dövlət qurumları ilə razılaşdırmaq və müdafiə etmək; Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması; Tikinti sahəsində işlərin gedişinə nəzarət edilməsi. Tələblər: Ali təhsil (müvafiq sahədə); Mühəndis-konstruktor vəzifəsində iş təcrübəsi (3-5 il); Kompüter bilikləri - AutoCad, Lira Sapr, Tekla, Structure (arzuolunandır); Tikinti norma və qaydalarına dair biliklər; Layihələndirmə sistemlərini və metodlarını bilmək; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı; İngilis və rus dillərini bilmək arzuolunandır. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 gün / 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili karyera@arxkom.gov.az