İstilik, Ventilyasiya Və Kondisonerləşmə Üzrə Mütəxəssis - "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: İstilik, ventilyasiya və kondisionerləşmə (İVK) sistemlərinin layihələndirilməsi; Layihələrə müəllif nəzarəti və texniki dəstək; Obyektlərin yoxlanılması və icra sənədlərinin hazırlanması; Layihələrin müvafiq qurumlarla (ekspertiza) razılaşdırılması və müdafiəsi; Əlaqəli şöbələrlə qarşılıqlı əməkdaşlığın təmin edilməsi; Texniki həllərin işlənməsi. Tələblər: Ali təhsil (müvafiq sahədə); Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il); Layihələndirmə və texniki-iqtisadi hesablamaların aparılması bilikləri; Layihə-texniki sənədlərin hazırlanması və tərtib edilməsi qaydalarını bilmək; AutoCAD və digər layihələndirmə proqramlarından istifadə etmək bacarığı; Normativ sənədlər (СНиП, ГОСТ) haqqında məlumat; İVK sistemlərində istifadə olunan materiallar və avadanlıqlar haqqında biliklər; Hazırlanmış sənədlərin razılaşdırılması təcrübəsi; Müəllif və texniki nəzarət təcrübəsi. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 gün / 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et  düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  Müraciət maili   karyera@arxkom.gov.az