Yüklənir...
Местоположение: Bakı
Зарплата: 2500
Vəzifə öhdəlikləri: Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq; Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması; Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək; Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; Tələblər: Ali təhsil (müvafiq sahədə); Memar vəzifəsində iş təcrübəsi (5 il); Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.; Tikinti norma və qaydalarına dair biliklər; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 gün/ 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əmək haqqı – 2500 AZN; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul. Uyğun namizədlər Portfolio və CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.