Местоположение: Bakı
Departament: İnformasiya texnologiyaları departamenti/İnformasiya texnologiyaları infrastrukturu şöbəsi/Sistem mühəndisliyi bölməsi Vəzifə öhdəlikləri: Təşkilatın server, virtualizasiya, bulud və data mərkəzi infrastrukturunun fasiləsiz, təhlükəsiz və yüksək əlçatanlıqla fəaliyyətinin təmin edilməsi; Server, virtualizasiya və bulud infrastrukturunun idarə olunması, monitorinqi və performansının optimallaşdırılması; İnfrastruktur komponentlərində yaranan kritik nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması; Backup, replikasiya və Disaster Recovery həllərinin dəstəklənməsi, ehtiyat nüsxələmə və bərpa proseslərinin təmin edilməsi; İnfrastrukturun inkişafı, dəyişikliklərin tətbiqi və digər İT komandaları ilə koordinasiyalı əməkdaşlıq; On-call rejimində işləməyə, zərurət yarandıqda qeyri-iş saatlarında texniki müdaxilə etməyə və data mərkəzlərinə ezam olunmağa hazır olmaq; Tələb olunan bilik və bacarıqlar: Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə); Müvafiq sahə üzrə 4-5 il iş təcrübəsi; Virtualizasiya və tenant-əsaslı bulud platformalarının istismarı və dəstəyi; Hesablama resursları (compute), yaddaş sistemləri, SDN, SDS və obyekt əsaslı storage (S3) platformalarının idarə olunması; Ehtiyat nüsxələmə (Backup) və Disaster Recovery həllərinin istismarı və dəstəyi; Yüksək əlçatanlıq (HA) mühitlərinin saxlanılması və DR testlərində iştirak; İnfrastrukturun performans və tutumunun monitorinqi və optimallaşdırılması; Yeni texnologiyaların test edilməsi və PoC proseslərində iştirak; İnfrastruktur modernləşdirilməsi və miqrasiya layihələrinin icrasında iştirak; Təhlükəsizlik, audit və compliance tələblərinə uyğunluğun təmin edilməsi; Vendorlarla texniki məsələlərin həlli və support proseslərində iştirak; SLA tələblərinə uyğun xidmətlərin təmin edilməsi; Texniki sənədlərin hazırlanması və yenilənməsi; VMware və vCloud mühitlərində praktiki təcrübə; Backup və replikasiya həlləri ilə iş təcrübəsi; Disaster Recovery həllərinin tətbiqi və test edilməsində təcrübə; Storage sistemləri və SAN/SDS/S3 texnologiyaları üzrə biliklər; SDN/NSX və virtual şəbəkə texnologiyaları; Fiziki server infrastrukturu və data-center əməliyyatları; Linux və Windows serverlərinin administrasiyası; Avtomatlaşdırma və skriptləmə (PowerShell, Bash, Python; Ansible/Terraform üstünlükdür); Monitorinq və observability sistemləri ilə iş təcrübəsi; Problemlərin diaqnostikası və root cause analysis bacarığı; Analitik düşüncə və problem həlletmə bacarığı; Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları; Proaktiv və məsuliyyətli yanaşma; Komanda ilə işləmə bacarığı; Azərbaycan dili - səlis; İngilis dili - yaxşı; Rus dili - üstünlükdür. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.