Местоположение: Bakı
AZNOF MMC “Satınalma üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarır Vəzifə təlimatları: Tikinti layihələri üçün tələb olunan mal-materialların, avadanlıqların və xidmətlərin vaxtında və optimal şərtlərlə satınalınmasını təşkil etmək; Təchizatçı və podratçı bazasını araşdırmaq, yeni təchizatçılar cəlb etmək və qiymət təkliflərini toplamaq; Daxil olan sorğular üzrə qiymət müqayisə cədvəllərini hazırlamaq və rəhbərliyə təqdim etmək; Təchizatçılarla qiymət, ödəniş şərtləri və təhvil-təslim müddətləri üzrə danışıqlar aparmaq; Sifariş olunan tikinti materiallarının keyfiyyət sertifikatlarının və Texniki Şərtlərə uyğunluğunun yoxlanılmasını təmin etmək; Materialların tikinti sahəsinə (obyektə) çatdırılma qrafikinə və logistika prosesinə nəzarət etmək; Təchizatçılarla yarana biləcək iddiaları (kəsir, zədələnmiş mal, gecikmə və s.) idarə etmək və həll etmək. Vəzifə ilə bağlı tələblər: Müvafiq ixtisas üzrə ali təhsil; Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi; Tikinti materialları, mexanizmləri və spesifikasiyaları haqqında geniş anlayış; Təchizatçılarla danışıqlar aparmaq və razılaşma əldə etmək bacarığı; MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək; Analitik düşüncə, təşkilatçılıq və eyni anda bir neçə layihə ilə işləmək bacarığı. İş şəraiti İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 İş rejimi: 6 günlük iş həftəsi Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “ Satınalma üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.