Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Mühasibat hesabatının düzgün və səmərəli təşkili; Mühasibat sənədlərinin tərtibinə və arxivləşdirilməsinə nəzarət; Müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq hesablanmasını təşkil etmək; Əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsal xərclərinin və satışın hesabatı; Vergi, Statistika və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanması; Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə idarə olunması; İstehsal məhsullarının maya dəyərinin dəqiq hesablanmasına nəzarət; Bank və kassa əməliyyatlarının düzgün aparılması; Aylıq xərclər smetasının hazırlanması və xərclərin nəzarətdə saxlanılması; Maliyyə intizamının və vəsaitlərin düzgün istifadəsinin təmin olunması; Mal - materialların uçotunu aparmaq; Gündəlik və aylıq hesabatları tərtib etmək ; Ezamiyyətlər çərçivəsində zərurət yarandıqda Neftçala Sənaye Məhəlləsinə ezam olunmaq. Tələblər: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və s.); Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi; PMS KOS (1 və 2-ci mərhələ) sertifikatı; MS Office, ERP və 1C proqramlarını yüksək səviyyədə bilmək; İqtisadiyyat, istehsalat və idarəetmə üzrə biliklər; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, digər dillər arzuolunandır. Şəxsi keyfiyyətlər: Analitik düşüncə və problemləri həll etmə bacarığı; Dəqiqlik və detallara diqqət; Komandada işləmək və idarəetmə bacarığı; Stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti; Məsuliyyət, dürüstlük və etibarlılıq. İş şəraiti: İş qrafiki: 6 günlük iş rejimi; İş yeri: Bakı şəhəri, Babək prospekti 74 (zəruri hallarda Neftçala ezamiyyəti ola bilər); Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək; Nahar təmin olunur; Təlim və inkişaf imkanları; Stabil və dinamik iş mühiti. Maraqlanan namizədlər CV-lərini 'Müraciət et' bölməsindəki elektron poçt ünvanına, mövzu hissəsində 'Jooble.az vakansiyalar – Baş Mühasib' qeyd etməklə göndərə bilərlər. e-mail: hr@azproduct.az