Dağıdıcı Olmayan Müayinələr Texniki (NDT) - AZROKSAN LLC

Местоположение: Bakı

İş haqqında: Azroksan MMC  istehsal və keyfiyyətə nəzarət proseslərinin etibarlılığını təmin etmək məqsədilə Dağıdıcı Olmayan Müayinələr Texniki   (NDT) vəzifəsi üzrə peşəkar namizəd axtarır. Bu vəzifə çərçivəsində siz müxtəlif sənaye avadanlıqları və konstruksiyalarda qüsurların aşkarlanması, analiz edilməsi və hesabatlandırılması işlərini həyata keçirəcəksiniz. Əsas vəzifələr: İstehsal və istismar proseslərində istifadə olunan material və avadanlıqlar üzərində dağıdıcı olmayan müayinə üsullarının (UT, RT, MT, PT və s.) tətbiqi Müayinə tələblərinin və yoxlama metodlarının standartlara uyğun şəkildə müəyyən edilməsi Müvafiq standart və prosedurlara uyğun testlərin aparılması və nəticələrin analiz edilməsi Müayinə nəticələrinin sənədləşdirilməsi və texniki hesabatların hazırlanması Aşkarlanmış qüsurların qiymətləndirilməsi və risk analizinin aparılması İstehsal və dizayn komandaları ilə koordinasiyalı şəkildə keyfiyyət problemlərinin araşdırılması və həllinə dəstək Avadanlıq və materialların qəbul (incoming), proses və yekun yoxlamalarının həyata keçirilməsi Test avadanlıqlarının düzgün istismarı, kalibrlənməsi və texniki vəziyyətinə nəzarət Müvafiq standartlar (ASME, ISO, EN və s.) üzrə yeniliklərin izlənməsi və tətbiqi Zəruri hallarda FAT və SAT proseslərində iştirak və yoxlamaların aparılması Təhlükəsizlik qaydalarına uyğun olaraq işlərin icrası Müayinə prosedurlarının hazırlanması və təkmilləşdirilməsi Tələblər: Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili  NDT sahəsində minimum 2-3 il iş təcrübəsi  UT, RT, MT, PT metodları üzrə sertifikat (EN ISO 9712 və ya ekvivalent – Level II və ya üstünlük Level III)  Texniki çertyojları və standartları oxuma bacarığı  Analitik düşünmə və detallara diqqət  Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı  Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Dağıdıcı Olmayan Müayinələr Texniki   (NDT)” qeyd etməlidirlər. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. e-mail:  career@azroksan.az