Yüklənir...
Местоположение: Bakı
Azroksan tikinti layihələrinin idarə olunması və koordinasiyası sahəsində təcrübəli, məsuliyyətli və nəticəyönümlü İnşaat Mühəndisi axtarır. Namizəd layihələrin planlanması, icrası və nəzarətində aktiv rol almalı, podratçılar və daxili komandalarla effektiv əməkdaşlıq qurmağı bacarmalıdır. Layihələri vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə tamamlayacaq, güclü təşkilatçılıq və ünsiyyət bacarıqlarına malik şəxslərə üstünlük verilir. Əsas vəzifə və öhdəliklər Şirkətin ehtiyacı olan obyektlərin, inzibati binaların və infrastrukturun tikintisi ilə bağlı bütün layihə və inşaat fəaliyyətlərini koordinasiya etmək Daxili bölmələrlə birgə icra olunan prosesləri (tender, qəbul, yoxlama, hesabatlandırma və s.) əlaqələndirmək Şirkətin əsas podratçı kimi həyata keçirdiyi tikinti layihələrini və podrat işlərini koordinasiya etmək Layihə və tikinti işləri üzrə ümumi strategiya, prinsip və prosedurların hazırlanmasını və icrasını təmin etmək Zonalaşdırma və baş planlarla bağlı prosesləri idarə etmək Layihə məqsədlərinin müəyyənləşdirilməsi və bütün mərhələlərdə icrasına nəzarət etmək Layihə üzrə təqdimatlar, sahə ziyarətləri və maraqlı tərəflərlə kommunikasiya proseslərini təşkil etmək Məsləhətçi və podratçı şirkətlərlə işlərin koordinasiyasını həyata keçirmək və ödəniş proseslərini izləmək Tender mərhələsində texniki dəstək göstərmək və müqavilə sonrası prosesləri idarə etmək Layihə planlaması (WBS), iş qrafikləri və mərhələlərin (milestone) hazırlanması və izlənməsini təmin etmək Layihə üzrə məlumat axını, RFI-lərin idarə olunması və qərarların paylaşılmasını koordinasiya etmək Layihə sənədlərinin və yazışmaların qeydiyyatını aparmaq, iclasları təşkil etmək və protokollarını hazırlamaq Risklərin idarə olunmasını və risk məsul şəxslərinin müəyyənləşdirilməsini təmin etmək Rəhbərlik üçün hesabatlar, təqdimatlar və aylıq fəaliyyət hesabatlarını hazırlamaq Tikinti işləri üzrə qəbul (acceptance) və nəzarət (superviziya) proseslərini idarə etmək Dövlət qurumları və bələdiyyələrlə əlaqələri koordinasiya etmək “As-built” layihələrinin hazırlanması və saxlanılmasını təmin etmək Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək Tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil Tikinti layihələrinin idarə olunması sahəsində minimum 3-5 il iş təcrübəsi Layihə idarəetməsi, tikinti prosesləri və texniki sənədlərlə işləmə bacarığı MS Office və layihə idarəetmə alətləri üzrə biliklər Analitik düşüncə, planlama və koordinasiya bacarıqları Güclü ünsiyyət və komanda ilə işləmə qabiliyyəti Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərə bilərlər. Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.