Местоположение: Bakı
Vəzifə öhdəlikləri Xammalın anbara qəbulunu, düzgün yerləşdirilməsini, saxlanılmasını və istehsalata vaxtında verilməsini təşkil etmək; Anbara daxil olan və anbardan çıxan xammalın uçotunu aparmaq və 1C sistemində düzgün qeydiyyatını təmin etmək; Xammal qalıqlarına gündəlik nəzarət etmək, uyğunsuzluqları vaxtında aşkar edib rəhbərliyə məlumat vermək; Anbarın inventarizasiya prosesini təşkil etmək və nəticələr üzrə hesabatlar hazırlamaq; Anbar sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək; Xammalın saxlanma şəraitinə, təhlükəsizlik və səliqə-sahman qaydalarına riayət olunmasına nəzarət etmək; Anbardar köməkçilərinin gündəlik iş bölgüsünü həyata keçirmək, onların fəaliyyətini koordinasiya etmək və iş intizamına nəzarət etmək; Anbardar köməkçilərinin iş keyfiyyətini qiymətləndirmək, onları istiqamətləndirmək və iş prosesinin səmərəli təşkilini təmin etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icrasını təşkil etmək; Anbar fəaliyyətinin fasiləsiz və səmərəli təşkil olunmasını təmin etmək. Tələblər: Ali təhsil; Microsoft Excel proqramı üzrə yaxşı bilik; 1C proqramında işləmək bacarığı; Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq; Ağdam ərazisində yaşayan namizədlərə üstünlük verilir. İş şəraiti: Əmək haqqı: 830 Azn (net) İş yeri: Ağdam Sənaye parkı Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Anbardar” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.