Yüklənir...
Местоположение: Bakı
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektromexanika xidmətinin İsitmə və soyutma sisteminin istismarı qrupuna “Soyuducu qurğuların maşinisti” vəzifəsi üzrə namizədlər axtarırıq! Namizəd VRF/VRV/CHİLLER və havalandırma sistemlərinə texniki qulluq, təmir və nasazlıqların aradan qaldırılmasını təmin edəcək. Sizi hansı öhdəliklər gözləyir? Kondisioner, ventilyasiya və soyutma sistemlərinin quraşdırılması; VRF/VRV/CHİLLER və havalandırma sistemlərində nasazlıqların araşdırılması; Avadanlıqlara planlı texniki xidmətin göstərilməsi; Nasazlıqların diaqnostikası və aradan qaldırılması; Freonun doldurulması, boşaldılması, vakumlama və sızmaların aşkarlanması; Elektrik və idarəetmə sxemlərinin yoxlanılması; Filtrlərin, istilik dəyişdiricilərinin və digər hissələrin təmizlənməsi; Kompressor, fan, nasos və digər komponentlərin diaqnostikası və dəyişdirilməsi; İş zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi; Quraşdırılmış və təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və istismara verilməsi. Namizədlərdən tələblərimiz Soyuducu qurğularla iş üzrə 1 il iş təcrübəsi; VRF/VRV/CHİLLER sistemlərinin iş prinsipini bilmək; Elektrik sxemlərini oxumaq bacarığı; Ölçü cihazlarından (multimetr, manometr və s.) istifadə etmək; Freonlarla işləmə qaydalarını bilmək; Hündürlükdə işləmək bacarığı; Komandada işləmək və ünsiyyət qurmaq bacarığı; Azərbaycan dilində mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür. Metropoliten Sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5467 müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!