Местоположение: Bakı
Зарплата: 700
Şirkət: "BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI" MMC Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi, 5-ci mərtəbə, ofis №13 İşin Təsviri: Şirkətdə SƏTƏM və keyfiyyət idarəetmə sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsini təmin etmək. AZS ISO 17020:2021 və şirkətin fəaliyyət sahəsinə aid digər normativ sənədlərin tələblərinə uyğun prosedur, təlimat, forma və daxili sənədlərin hazırlanmasını və yenilənməsini təşkil etmək. Dövlət standartı AZS ISO 17020:2021 "Uyğunluğun qiymətləndirilməsi. Müxtəlif tipli inspeksiya orqanlarının fəaliyyəti üçün tələblər" əsasında keyfiyyət idarəetmə sisteminin aparılması və saxlanılması. Daxili auditləri, monitorinqləri və yoxlamaları planlaşdırmaq, keçirmək və nəticələr üzrə hesabatlar hazırlamaq. Uyğunsuzluqları, təhlükəli halları və şikayətləri araşdırmaq, düzəldici və qabaqlayıcı tədbirlərin icrasına nəzarət etmək. Ölçmə, inspeksiya və digər əməliyyat proseslərinin müəyyən edilmiş standartlara, metodikalara və qanunvericilik tələblərinə uyğun icrasını təmin etmək. Ölçmə cihazların mütəmadi olaraq kalibrasiya/yoxlanmaya göndərilməsinə nəzarət etmək,kalibrasiya/yoxlama sertifikatların yenilənməsinə nəzarət etmək İşçilər üçün SƏTƏM və keyfiyyət üzrə maarifləndirmə, təlimatlandırma və daxili təlimlərin təşkilində iştirak etmək. Tələblər: Cins: kişi və qadın. ISO 45001; ISO 17025; ISO 9001; ISO 17020 sertifikatlarından hər hansı birinin olması arzuolunandır. Ali təhsil (mühəndislik, əməyin mühafizəsi, ekologiya, sənaye təhlükəsizliyi, keyfiyyətin idarə olunması və ya uyğun sahə üzrə). SƏTƏM və ya keyfiyyətin idarə olunması sahəsində iş təcrübəsi arzuolunandır. Əmək Məcəlləsi üzrə biliklər. ISO standartları, daxili audit, sənəd idarəetməsi və risk əsaslı yanaşma barədə anlayış. Əməyin mühafizəsi və təhlükəsizlik sahəsində normativ-hüquqi tələblərlə işləmək bacarığı. MS Office proqramlarında işləmək bacarığı. Analitik düşüncə, yüksək məsuliyyət, detallara diqqət və təşkilatçılıq bacarığı. Komanda ilə işləmək, effektiv kommunikasiya və rəhbərliyə hesabat vermə bacarığı. Rus dili - sərbəst, ingilis dili - arzuolunandır. İş təcrübəsi: minimum 3 il İş şəraiti və təkliflər: İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00. Nahar təmin edilmir; əməkdaşlar üçün mətbəx və istirahət üçün bütün şərait mövcuddur. Əmək müqaviləsi rəsmi şəkildə bağlanır, əmək haqqı bank kartı vasitəsilə ödənilir. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi, 5-ci mərtəbə, ofis №13. Əmək haqqı: 700 AZN-dən başlayır. Bonus və mükafatlandırma sistemi mövcuddur. Təcrübə, iş stajı və nailiyyətlər artdıqca əmək haqqının artırılması nəzərdə tutulur. Şirkət Haqqında: "BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI" MMC əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bizneslərə ixtisaslaşmış xidmətlər göstərən şirkətdir. Şirkət müştərilərin iş yerlərində əmək gigiyenası üzrə instrumental ölçmələr aparan ixtisaslaşmış laboratoriyaya malikdir. Laboratoriya AZS ISO 17020:2021 dövlət standartına uyğun olaraq akkreditasiya olunmuş və inspeksiya orqanı kimi fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri əmək şəraiti üzrə iş yerlərinin attestasiyası çərçivəsində istehsal mühiti və əmək prosesinin amillərinin ölçülməsidir. Bu məqsədlə müxtəlif şirkətlərlə əməkdaşlıq edilir və onların sifarişi əsasında ölçmə və qiymətləndirmə işləri həyata keçirilir.Bundan əlavə, şirkət attestasiyanın təşkili zamanı komissiyalara məsləhət xidmətləri göstərir, onların fəaliyyətini dəstəkləyir və prosesin uğurla tamamlanmasına kömək edir. Necə müraciət etmək olar: CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində "Keyfiyyət və SƏTƏM üzrə menecer" qeyd edin. Komandamıza qoşulun və karyeranıza etibarlı bir bazadan başlayın!