Visa Əməliyyatları üzrə Mütəxəssis - Baku Holiday Travel

Местоположение: Bakı

Baku Holiday Travel komandası nəticələri ilə danışan Visa Əməliyyatları üzrə Mütəxəssis vakansiyası elan edir. Əgər viza prosedurları üzrə bilikləriniz, sənədlərlə dəqiq işləmə bacarığınız və müştəri ilə birbaşa ünsiyyət təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri Viza xidmətləri üzrə daxil olan müştəri sorğularını qəbul etmək, ehtiyacı dəqiqləşdirmək və müvafiq xidmət təklifini təqdim etmək Ölkə və viza kateqoriyası üzrə tələb olunan sənəd siyahısını müştəriyə izah etmək, təqdim olunan sənədləri səfirlik və viza mərkəzi tələblərinə uyğunluq baxımından yoxlamaq Çatışmayan və ya uyğunsuz sənədləri müəyyən etmək, müştəriyə vaxtında bildirmək və tamamlanma prosesini izləmək Müraciət anketlərini doldurmaq, randevu təyin etmək və müraciət paketini təqdimetməyə hazırlamaq Müraciətin statusunu izləmək, nəticə barədə müştərini məlumatlandırmaq və pasportun təhvil verilməsini təşkil etmək Bütün müraciət və müştəri məlumatlarını CRM sistemində tam və dəqiq qeydiyyata almaq, fayl statuslarını gündəlik yeniləmək Xidmət haqqı və konsulluq rüsumları barədə müştərini məlumatlandırmaq, ödəniş sənədlərinin Maliyyə şöbəsinə vaxtında ötürülməsini təmin etmək Sığorta, aviabilet və otel rezervasiyası kimi əlaqəli xidmətlər üzrə əlavə satış imkanlarını dəyərləndirmək Rədd hallarının səbəblərini təhlil etmək və təkrar müraciət prosesində müştəriyə dəstək göstərmək Səfirliklərin və viza mərkəzlərinin tələblərindəki dəyişiklikləri mütəmadi izləmək və komandaya ötürmək Xarici Turlar, VIP Satış, Korporativ Satış və Müştəri Xidmətləri şöbələri ilə koordinasiyalı işləmək Həftəlik və aylıq hesabatları (müraciət həcmi, təsdiq faizi, gecikən fayllar, şikayətlər) birbaşa rəhbərə təqdim etmək Namizədə tələblər Ali təhsil (turizm, beynəlxalq münasibətlər, iqtisadiyyat və ya əlaqəli sahələr üstünlükdür) Viza əməliyyatları, turizm və ya müştəri xidmətləri/satış sahəsində minimum 1–2 il iş təcrübəsi Şengen, ABŞ, Böyük Britaniya, Kanada, BƏƏ və digər ölkələrin viza müraciət prosedurları üzrə bilik Sənədlərlə dəqiq işləmə, detallara yüksək diqqət və məsuliyyət hissi CRM sistemləri və MS Office (xüsusən Excel) proqramlarında sərbəst iş bacarığı Azərbaycan dili səlis; ingilis dili biliyi (anketlərin doldurulması və səfirlik portalları ilə iş üçün), rus dili üstünlükdür Güclü ünsiyyət, danışıq və müştəri ilə iş bacarıqları Eyni vaxtda çoxsaylı faylı idarə etmə, prioritetləşdirmə və müddətlərə riayət etmə bacarığı Stress altında işləmə və nəticəyönümlü yanaşma Şəxsi və pasport məlumatlarının məxfiliyinə ciddi riayət VFS Global, TLScontact, BLS və digər viza mərkəzləri ilə iş təcrübəsi üstünlükdür İş şəraiti İş qrafiki: Tam iş günü Rəqabətli əmək haqqı Peşəkar və dinamik komanda mühiti Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Viza əməliyyatları üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.