Местоположение: Bakı
Təsvir Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarının təmir və istismar edilməsi; Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi; Rəhbərliyə təmirlərin statusu və gözlənilən xərclər haqqında məlumatın verilməsi və dəyişdirilmə işlərinə baxılmasının nə vaxt münasib olacağının göstərilməsi; Lazımi istismar, texniki təhlükəsizlik proseduraları və bütün avadanlığın təmizlənməsi barəsində həmkarlarının təlimatlandırılması prosesində iştirak etmək; Lazımi ehtiyat hissələrinin inventar səviyyələrinin yaradılması və saxlanılması; Avadanlığın lazımi istismar və cari təmir təcrübələrinə dair işçi yığıncaqlarının keçirilməsi və/və yaxud işçi yığıncaqlarında iştirak etmək; Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi; Mehmanxananın elektrik avadanlığı üzrə müntəzəm yoxlamaların (servisin) aparılması və kompüter sistemində sənədləşdirilməsinə dəstək vermək; Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi; Mehmanxananın bütün sahələrində elektrik qurğuların saz vəziyyətdə saxlanmasına cavab vermək ; Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırmasını edir; Tərtib olunmuş cədvələ əsasən bütün elektrik avadanlıqlarının planlaşdırılmış qabaqlayıcı-profillaktiki təmirinin həyata keçirilməsi; Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görülür; Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək; Elektrik cihazlarında yaranan nasazlıqları aradan qaldırır, təmir, montaj və sazlama işlərini yerinə yetirir Tələblər Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir); Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili ; Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər