Mühəndis – texnoloq - Baku Steel Company CJSC

Местоположение: Bakı

İşin qısa təsviri: Yivaçma sahəsində istehsal prosesinin düzgün planlaşdırılması və idarə olunmasını təmin etmək; Boruların və detalların yivlənməsi və faskalanması proseslərinə nəzarət etmək; CNC dəzgahlarında texnoloji prosesləri qurmaq və idarə etmək; CNC kodlarını müstəqil şəkildə yazmaq və optimallaşdırmaq; API və GOST standartlarına uyğun istehsal proseslərinin icrasını təmin etmək; Məhsulun keyfiyyətinə və sifarişlərin vaxtında icrasına nəzarət etmək. Vəzifə funksiyaları və öhdəlikləri: Dəzgahların işlək vəziyyətdə saxlanılmasını təşkil etmək və nasazlıqlarla bağlı texniki xidmətə məlumat vermək; Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək; Gündəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq; Material və alət sərfiyyatına nəzarət etmək, itki və israf hallarının qarşısını almaq; Yeni işçilərin adaptasiya və təlim prosesində iştirak etmək; Texniki sənədlərə və normativ tələblərə uyğun istehsal prosesinin icrasına nəzarət etmək. Tələblər Texniki ali təhsil (Mexanika mühəndisliyi, sənaye mühəndisliyi və ya uyğun ixtisaslar üzrə); Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi; CNC dəzgahlarında işləmə və proqramlaşdırma bacarığı; Boru istehsalı prosesləri üzrə biliklər; API və EN standartları üzrə ümumi biliklər; MS Office proqramlarında işləmə bacarığı; SAP və ya digər ERP sistemlərində işləmə təcrübəsi üstünlükdür Azərbaycan dili biliyi, ingilis dili üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.