HR Mütəxəssisi - Bal Line QSC

Местоположение: Bakı

Bal Line komandası idman mərc oyunları sahəsində fəaliyyət göstərəcək HR Mütəxəssisi axtarır. Bu vəzifə işə qəbul proseslərinin idarə olunması, əməkdaşlarla effektiv kommunikasiya qurulması, HR əməliyyatlarının koordinasiyası və insan resursları proseslərinin düzgün icrasını əhatə edir. Əgər insanlarla işləməyi sevirsinizsə, təşkilatçılıq və kommunikasiya bacarıqlarınıza güvənirsinizsə, dinamik və inkişafyönümlü komandada çalışmaq istəyirsinizsə, sizi Bal Line komandasına qoşulmağa dəvət edirik. Əsas vəzifə öhdəlikləri İşə qəbul proseslərinin təşkili və həyata keçirilməsi; Vakansiya elanlarının hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi; Namizədlərlə ilkin əlaqənin qurulması və müsahibələrin təşkili; CV bazasının idarə olunması və namizədlərin qiymətləndirilməsi; Yeni əməkdaşların adaptasiya prosesinin koordinasiyası; HR sənədlərinin hazırlanması və məlumat bazasının mütəmadi yenilənməsi; Gündəlik HR əməliyyatlarının icrasında iştirak; Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlimlərin təşkili; Əməkdaş məmnuniyyətinin və loyallığının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi; Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsinə dəstək göstərilməsi; Görüşlərin təşkili və daxili kommunikasiya proseslərinin koordinasiyası; Kadr sənədlərinin arxivləşdirilməsi və saxlanılması; Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad edilmələri ilə bağlı sənədlərin rəsmiləşdirilməsi; Məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət uçotunun aparılması və qrafikə uyğun istifadəsinə nəzarət; Əmək müqavilələrinin və dəyişikliklərin ƏMAS sisteminə daxil edilməsi. Tələblər Ali təhsil; HR sahəsində minimum 3 il iş təcrübəsi; SAP proqramı üzrə biliklər; Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik; ƏMAS və digər elektron hökumət portalları ilə işləmək bacarığı; Kadr kargüzarlığı üzrə bilik və təcrübə; Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ingilis dili bilikləri üstünlük hesab olunur; Güclü ünsiyyət və təqdimat bacarıqları; Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma; Analitik düşüncə və təşkilatçılıq bacarığı; MS Excel proqramını yüksək səviyyədə bilmək; Komandada işləmək və çoxşaxəli tapşırıqları effektiv idarə etmək bacarığı. Biz nə təklif edirik? Rəqabətli əməkhaqqı; Təlim və inkişaf imkanları; Davamlı peşəkar inkişaf mühiti; Nahar təminatı; Push30 imkanı; Könüllü tibbi sığorta; Dinamik və dəstəkverici komanda mühiti. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.