İstehlak kreditləri bölməsinin kiçik eksperti (Xırdalan filialı) - Bank of Baku

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi; Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi; Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi; Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu. Tələblər: İqtisadi sahədə ali təhsil tələb olunur. Dil biliyi Azərbaycan - Yüksək Rus – Orta İngilis – Başlanğıc Kompüter biliyi MS Office - Orta Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Həyatın yığım sığortasına qoşulmaq imkanı. Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.