Yüklənir...
Местоположение: Bakı
Vəzifə funksiyalar Bankdaxili performans qiymətləndirmə sistemində Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG/KPI) toplanması, təhlili və sistemə daxil edilməsində digər struktur bölmələrlə koordinasiyanı təmin etmək; Performans idarəetmə prosesinin gedişatını izləmək, sınaq müddəti olan əməkdaşların dəyərləndirmə formalarının vaxtında tamamlanmasına nəzarət etmək; Yüksək potensiallı işçilərin inkişaf planlarının sənədləşdirilməsinə və icrasına nəzarət etmək; Səriştəlilik modelinin və dərəcələndirmə sisteminin tətbiqi prosesində məlumat bazasını idarə etmək; Attestasiya, müsahibə və peşəkarlıq yoxlanış tədbirlərinin yüksək səviyyədə təşkilini koordinasiya etmək. Məlumat bazaları ilə işləmə Excel-də dinamik Dashboard-ların (idarəetmə panelləri) hazırlanması. Vəzifəyə dair tələblər Təhsil: Ali təhsil (İqtisadiyyat və ya menecment sahəsi arzuolunandır). Təcrübə: İnsan resursları və ya performansın idarəedilməsi sahəsində 1-3 il iş təcrübəsi Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək, ingilis dili biliyi intermediate Texniki bacarıqlar: MS Office (xüsusilə Excel) proqramlarından peşəkar səviyyədə istifadə bacarığı. Yumşaq bacarıqlar: Analitik düşüncə və detallara diqqət, kommunikasiya və əməkdaşlıq, nəticəyönümlülük və zamanın idarə edilməsi, problem həll etmə və adaptasiya Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Həyatın yığım sığortasına qoşulmaq imkanı. Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.