Anderraytinq departamenti / Aqro və mikro kreditlərinin təhlili şöbəsinə baş mütəxəssis - Bank Respublika ASC

Местоположение: Bakı

Təsvir Filiallardan daxil olan Aqro və mikro kreditləri üzrə təklifləri operativ şəkildə təhlil etmək və çevik, əsaslandırılmış qərarlar verərək təklifləri kredit komitəsinə hazırlamaq; Kredit analizləri üçün təhlil formalarının təkmilləşdirilməsi və qərarların avtomatlaşdırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak etmək; Verilmiş kreditlərin keyfiyyətini qiymətləndirmək və gecikmə portfelini mütəmadi olaraq nəzarətdə saxlamaq; Aqro və mikro kreditlərində riskli məqamların araşdırılması, ehtiyac olduğu halda nəzarət baxışı (supervision) və davamlı monitorinqlərin aparılması. Tələblər Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır); Bankda kredit sahəsi üzrə minimum 3 il iş təcrübəsi (AMD kreditləri üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır); Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır; MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər; Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı; Analitik düşünmə qabiliyyəti; Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.