Yüklənir...
Местоположение: Bakı
Təsvir: Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək; Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq; İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq; Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq. Tələblər: Ali təhsil; Aidiyyati sahə üzrə iş təcrübəsi arzuolunandır; Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır; Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı; Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı. Vakansiya haqqında: Vakansiya növü Tam ştat Təcrübə 1-2 il Vəzifə dərəcəsi Mütəxəssis Təhsil Bakalavr Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.