Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İş yeri: Besting MMC İş qrafiki: 08:30 – 17:30 Əmək haqqı: 1500 – 2500 AZN (təcrübə və bacarıqlara əsasən) Əsas vəzifələr: Çörək və un məmulatlarının reseptura və texnoloji tələblərə uyğun hazırlanması; Xəmirin hazırlanması, fermentasiya və bişirmə proseslərinin düzgün icrası; İstehsal zamanı gigiyena və sanitariya qaydalarına ciddi riayət edilməsi; Məhsulun keyfiyyətinə və təqdimatına nəzarət; İstehsalat avadanlıqlarından təhlükəsiz və düzgün istifadə; Yeni məhsulların hazırlanması və dequstasiya proseslərində iştirak; Satış komandası ilə koordinasiyalı əməkdaşlıq; Müştəri ehtiyaclarına uyğun məhsul təkliflərinin verilməsi. Namizədə tələblər: Çörək istehsalı sahəsində minimum 1 il iş təcrübəsi; Çörək istehsal texnologiyaları və xəmirin hazırlanması üzrə bilik; Fermentasiya prosesləri haqqında anlayış; Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək; Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili biliyi üstünlükdür); B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur. Şəxsi keyfiyyətlər: Məsuliyyətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Dəqiq və operativ işləmək; Güclü ünsiyyət bacarığı; Öyrənməyə və peşəkar inkişafa açıq olmaq. Qeyd: Əvvəlki iş yerindən müsbət referans təqdim edən namizədlərə üstünlük veriləcək. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .